Vyana Musiqi Akademiyasının tələbləri BMA-da ustad dərsləri keçib

Tarix: 28.10.2019

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Vyana Musiqi Akademiyasının məzunları olan violonçel ifaçısı, professor Florian Kitt və piano ifaçısı, professor Carlos Rivera Aguilar akademiyanın ifaçılıq fakültəsinin kamera ansamblı kafedrasının tələbələrinə ustad dərsi keçiblər.

Bildirilib ki, ustad dərsində tələbələrə əsərlər üzərində işləmək, onların ifaçılıq xüsusiyyətləri, ştrixlər və nüanslar haqqında dolğun məlumat verilib.

 

 

 AZƏRTAC