YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 184 ünvanlı ərazi ilk partiya təşkilatında seçki iclası keçirildi

Tarix: 05.03.2020

03 mart 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 184 ünvanlı (Binəqədi rayon bələdiyyəsi) ərazi ilk partiya təşkilatında seçki iclası keçirildi və gündəlikdə duran bir sıra məsələlərə baxıldı.


İclası giriş nitqi ilə açan Binəqədi rayon bələdiyyəsinin sədri Mürsəl Eminov,  bələdiyyəsinin fəaliyyəti, strukturu haqqında məlumat verdi. Bələdiyyədə çalışan işçilər arasında Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunan onlarla fəalın olduğunu bildirdi. Bələdiyyə sədri partiyaya üzvlüklə bağlı çoxsaylı müraciətlərin olduğunu diqqətə çatdırdı. Daha sonra iclasa sədrlik etmək üçün sözü YAP Binəqədi rayon təşkilatının təlimatçısı Natiq İsmayılova verdi.

Yığıncağın sədri gündəliyində duran məsələlərlə bağlı müzakirələlərə başladı.  Gündəlikdə düran birinci məsələnin, Binəqədi rayonu Azadlıq prospekti 184 ünvanlı (Binəqədi rayon bələdiyyəsi) və  Binəqədi rayonu Naxçıvani ünvanlı ərazi ilk partiya təşkilatlarının birləşdirilib, Binəqədi rayonu Azadlıq prospekti 184 ünvanlı (Binəqədi rayon bələdiyyəsi) ərazi ilk partiya təşkilatlatı adlandırılması məsələsi müzakirə edilərək qərar qəbul edildi. Eyni zamanda yığıncaqda təşkilati məsələlərə baxıldı, 9 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçildilər. Partiya üzvlərinin yekdil qərarına əsasən Binəqədi rayon bələdiyyəsinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü Mürsəl Eminov ərazi ilk partiya təşkilatının sədri seçildi. O, çıxış edərək ona göstərilən etimada görə partiya üzvlərinə təşəkkürünü bildirdi. Bu etimadı doğrultmaq üçün əzmlə çalışacağını diqqətə çatdırdı.


Gündəlikdəki sonuncu məsələyə əsasən ölkədə və elədəcə Binəqədi rayonunda görülən işlər və ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasətlə bağlı fikir mübadiləsi aparıldı.


Yığıncaqda nitq söyləyən YAP Binəqədi rayon təşkilatının təlimatçısı Natiq İsmayılov Yeni Azərbaycan Partiyasının və partiyanın rayon təşkilatının fəaliyyətindən bəhs etdi. Rayon təşkilatı tərəfindən həyata keçirilən çoxsaylı tədbirlərdən danışdı. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlara diqqət çəkərək iqtisadi, sosial islahatların əhəmiyyətli nəticələri barədə fikir bildirdi. Bu günkü inkişafımızın gələcəkdə ölkəmizə daha böyük uğurlar qazandıracağına və atılan məqsədyönlü addımların mərkəzində vətəndaş amilinin hər zaman ön planda olduğunu söylədi. Natiq İsmayılov yeni seçilən idarə heyətini, sədr və sədr müavinlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı, partiyanın fəaliyyətində yaxından iştirak etməyə çağırdı.