Yanvarda dövlət büdcəsinin gəlirləri 1,8 milyard manat, xərcləri isə 1,4 milyard manat olub

Tarix: 18.02.2020

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 milyard 821 milyon manat, xərcləri 1 milyard 402,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 418,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 6,4 faizi qədər profisit yaranıb.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)