“YARAT”da böyüklər üçün ustad dərsləri keçirilib

Tarix: 07.11.2019

“YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçirilib.

“YARAT”dan  bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr ediblər.

Bu layihə dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunub.

 

AZƏRTAC