İQTİSADİYYAT

“KazMunayQaz” Azərbaycan nefti sayəsində Aralıq dənizi akvatoriyasından daşımaların həcmini artırıb
20.05.2024 “KazMunayQaz” şirkəti 2024-cü ilin birinci rübündə magistral və dəniz yolu ilə neft nəqlinin həcmini 14,2 faiz – 21 milyon tondan çox artırıb.
İsmayıllıda südlük istiqamətli heyvandarlığın inkişafı üzrə güzəştli kredit verilib
13.05.2024 İsmayıllıda südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə güzəştli kredit verilib.
Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır
10.05.2024 Qazaxıstan, Azərbaycan və Özbəkistan energetika sistemlərinin inteqrasiyası və Avropa İttifaqı ölkələrinə yaşıl enerjinin tədarükü üçün Xəzər dənizinin dibi ilə yüksəkvoltlu kabelin çəkilməsi üzrə layihənin texniki-iqtisadi əsaslandırılması üzərində işə başlayıblar.
Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib
06.05.2024 Bu ilin aprel ayında “Bakı Metropoliteni” QSC-dən ilə 20 milyon 510 min 190 sərnişin daşınıb. Orta statistik hesabla metropolitendən gün ərzində 683 min 673 sərnişin istifadə edib
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb
03.05.2024 Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Azərbaycan və Argentina arasında işçi qrupunun ikinci iclasının keçirilməsi müzakirə edilib
02.05.2024 İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentinanın Buenos Ayres vilayətinin deputatı Nahuel Sotello ilə görüşüb.
“Keyfiyyət portalı”nda yeni xidmət istifadəyə verilib
01.05.2024 Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatların əldə olunması ilə bağlı müraciətlər “Keyfiyyət portalı” (e-keyfiyyet.gov.az) vasitəsilə elektron qaydada qəbul ediləcək.
COP25-in vitse-prezidenti: Qarabağ və Şərqi Zəngəzur xalis sıfır emissiya zonasına çevrilə bilər
29.04.2024 Azərbaycan iqlim dəyişiklikləri üzrə bütün qlobal tələbləri dəstəkləyir, eləcə də, öz həll yollarını təqdim edir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub, bununla əlaqədar Kioto protokolunu 2000-ci ildə, sonuncu Paris Sazişini isə 2016-cı il aprelin 22-də imzalayıb və ratifikasiya edib.
Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür
24.04.2024 “Financial Times”ın “FDI Intelligence” nəşrinin 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP100 reytinqinə görə, Bakı 3-cü yerdə qərarlaşıb.
Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq
23.04.2024 Yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq, hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadənin həcmi artırılacaq.