Azərbaycan klubu milli komandanın voleybolçusunu transfer edib

Tarix: 20.06.2024

“Milli Aviasiya Akademiyası” heyətini yeni voleybolçu ilə gücləndirib.

Bakı klubunun italiyalı baş məşqçisi Covanni Torçio məlumat verib. Onun sözlərinə görə, “tələbələr” Azərbaycanın U-20 millisinin üzvü Sona Atayevanı transfer edib.

Blokçu mövqeyində çıxış edən 17 yaşlı oyunçu son olaraq “Abşeron”un şərəfini qoruyub.