Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb

Tarix: 04.07.2024

Fransa Superkuboku uğrunda keçirilməli olan PSJ – “Monako” oyunu təxirə salınıb.

Çinin paytaxtı Pekin şəhərində avqustun 8-nə təyin edilmiş həlledici görüş ləğv olunub.

PSJ klubu oyunun Çində keçirilməyəcəyini bildirib.

Matçın nə vaxt baş tutacağı ilə bağlı qarşıdakı günlərdə məlumat veriləcək.

Qeyd edək ki, PSJ son ölkə çempionu, “Monako” isə gümüş medalların sahibidir.