Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 31 qanun və qərar qəbul edilib

Tarix: 28.06.2024

Milli Məclisin 21 gün davam edən növbədənkənar sessiyasında beş iclası keçirilib, 31 qanun və qərar qəbul edilib, bir ictimai dinləmə təşkil olunub.

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 28-də keçirilən plenar iclasda deyib.

O qeyd edib ki, sessiya çərçivəsində qanunvericilik fəaliyyəti ilə yanaşı, beynəlxalq əlaqələr sahəsində də zəruri işlər görülüb.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.