“Kəpəz” belaruslu futbolçu ilə razılığa gəlib

Tarix: 10.06.2024

“Kəpəz” komandası daha bir futbolçu ilə razılıq əldə edib.

Bu barədə  Gəncə klubunun baş məşqçisi Adil Şükürov məlumat verib. Onun sözlərinə görə, belaruslu müdafiəçi Yeqor Xvalko ilə danışıqlar müsbət yekunlaşıb. 27 yaşlı oyunçu ilə yaxın günlərdə yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl portuqaliyalı qapıçı İqor Rodrigeşlə anlaşıb. Digər futbolçularla isə danışıqlar davam edir.