1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Tarix: 01.06.2023


1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Binəqədi rayon Binəqədi Bələdiyyəsinin təşkilatçılığı və məsul şəxslərin iştirakı ilə inzibati ərazimizdə qeydiyyatda olan şəhid ailələrinin evləri ziyarət edildi.
Bayram münasibəti ilə şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edildi. Uşaqlar bizim gələcəyimizdir. Onları qorumaq və sevindirmək hər birimizin borcudur. Bütün uşaqları bugün münasibəti ilə təbrik edir, onlara hər zaman uğurlar arzu edirik.


#binəqədirayonbinəqədibələdiyyəsi

#1iyunuşaqlargünü