1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Tarix: 01.06.2023

Hər il olduğu kimi bu ildə Binəqədi rayon Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə uşaqlar üçün bir sıra tədbirlər həyata keçirildi.
Tədbirdə Binəqədi rayon Bələdiyyəsinin, Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının məsul əməkdaşları, Azərbaycan Uşaqları İctimai Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində qeydiyyatda olan bir sıra uşaqlar iştirak etdilər.
Uşaqlarla birlikdə Zirə Mədəniyyət Mərkəzi Eko Parka ekskursiya təşkil edilmişdir. Sonda Bələdiyyə əməkdaşları tərəfindən ekskursiyada iştirak edən uşaqlara bayram münasibəti ilə müxtəlif hədiyyələr təqdim edildi və xatirə fotoları çəkildi.