AFFA “Qəbələ”nin futbolçusunu cəzalandırıb

Tarix: 01.03.2024


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyununda (0:4) qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Matçın 53-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Feras Abu Akal ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün biri şərti olmaqla 2 oyun cəzalanıb, klub 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.