Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib

Tarix: 13.05.2024

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin nümayəndəsi Xaviyer Nart mayın 13-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb.Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.