Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi cari ilin birinci rübündə 88 milyon dolları ötüb

Tarix: 22.04.2022

Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 88 milyon ABŞ dollarını ötüb.

AZƏRTAC xəbər verir ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 65,6 milyon dollar, idxalın dəyəri isə 22,5 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-dekabr aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk