Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin dəyəri 2,4 milyon dollara yaxın olub

Tarix: 22.07.2021


Yanvar-iyun aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin dəyəri 2,4 milyon dollara yaxın olub.

AZƏRTAC Moldovanın Milli Statistika Bürosunun məlumatına istinadla xəbər verir ki, altı ayda ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 1 milyon 709 min dollar təşkil edib. Azərbaycandan Moldovaya isə 673 min dollar dəyərində məhsul ixrac olunub.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,8 milyon dolları ötüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu