Azərbaycan neftinin bir barreli 59,18 dollara satılır

Tarix: 11.02.2020

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,44 dollar geriləyərək 59,18 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.


AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)