Azərbaycan neftinin bir barreli 67,73 dollara satılır

Tarix: 26.11.2019

Azərbaycan neftinin qiyməti ucuzlaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar geriləyərək 67,73 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 AZƏRTAC