Azərbaycanda nəqliyyat sektoru üzrə gəlirlər 15 faiz artıb

Tarix: 17.04.2024

Bu ilin birinci rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artaraq 3,154.5 milyon manat olub. bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.“Nəqliyyat sektorunun ÜDM-də payı 5,5 faizdən 6,8 faizə yüksəlib”, - deyə məlumatda bildirilir.