Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Tarix: 16.04.2024

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya ixracın həcmi 33,24 faiz olub.

Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələrin siyahısında İsrail ikinci yerdə qərarlaşıb. Cari ilin birinci rübündə 621 083,92 min dollar dəyərində 1 milyon 21 min 917,3 ton neft ixrac edilib.

Siyahıda üçüncü yeri Hindistan tutur. Qeyd olunan dövrdə bu ölkəyə 454 380,81 min dollarlıq 712 min 883,74 ton neft ixrac edilib.