Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

Tarix: 29.04.2024

Məşqçi Ləman Göyüşova İtaliyanın Rimini şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə baş tutan “Young Leaders Forum” beynəlxalq tədbirində Azərbaycan Gimnastika Federasiyasını (AGF) təmsil edib.AGF-nin mətbuat xidmətindən tədbirdə gimnastika dünyasında mövcud olan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

“Young Leaders Forum”un keçirilməsində əsas məqsəd iştirakçıların burada əldə etdikləri bilik və təcrübələri öz ölkələrində tətbiq etmələrinə kömək etməkdir.