Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub

Tarix: 23.05.2023

Bakı Zooloji Parkında uşaqların çox sevdiyi ayının doğum günü qeyd olunub.

Parkın qayğıkeş işçilərindən ibarət xüsusi komanda ayı üçün dondurma-tort ilə sürpriz etmək qərarına gəliblər və meyvə, giləmeyvələrdən ibarət, ləzzətli dondurma təbəqəsi ilə örtülmüş qeyri-adi bir tort hazırlayıblar.

Bu ad günü insanların və heyvanların arasında qırılmaz bağın olduğunu göstərdiyi üçün həm ziyarətçilər, həm də ayı üçün xüsusi bir ad günü oldu.


https://azertag.az/xeber/Baki_Zooloji_Parkinda_ayinin_dogum_gunu_qeyd_olunub-2625926