Bakıda “Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbir təşkil olunub

Tarix: 04.09.2023

Sentyabrın 3-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş edilməsi məqsədilə tədbir təşkil olunub.

“Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, seçilmiş tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.

Konsert proqramı ilə davam edən tədbirdə Vətənə, doğma yurda aid mahnılar səsləndirilib, Qərbi Azərbaycanın aşıq havaları ifa olunub.

Qeyd edək ki, açıq məkanda keçirilən tədbirdə Milli Məclisin deputatları, media nümayəndələri, paytaxt sakinləri və xarici qonaqlar iştirak ediblər.



https://azertag.az/xeber/bakida_qerbi_azerbaycanin_etnomedeni_muhitine_seyahet_adli_tedbir_teskil_olunub-2744971