Binəqədi rayonunda Ramazan bayramı ərəfəsində sosial aksiya keçirildi

Tarix: 22.05.2020

         Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin  rejiminin tətbiq olunduğu dövrdə "Heydər Əliyev Fondu" və "Regionların İnkişafı İctimai Birliyi" tərəfindən ölkədə həyata keçirilən "Biz birlikdə güclüyük" layihəsinə "Siyəzən broyler" ASC-də dəstək verir. Ramazan bayramı ərəfəsində Milli Məclisin deputatı Kamaləddin Qafarovun da fəal iştirak etdiyi aksiya çərçivəsində 05 may tarixindən 22 may tarixinədək 11 min 500 ailəyə 30 tona yaxın quş əti paylanmışdır.

Aksiyada YAP Binəqədi Rayon təşkilatının Gənclər Birliyinin könüllüləri fəal iştirak etmişdir.