Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 23 dekabr 2019-cu il tarixdə ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin seçicilərlə silsilə görüşlər keçirilir.
Silsilə görüşlər çərçivəsində 17 dekabr 2019-cu il tarixdə YAP Binəqədi rayon təşkilatının fəal gəncləri Binəqədi rayonunda “Xalq üçün” təşviqat aksiyası keçirib. Gənclər rayonun müxtəlif ərazilərində - parklarda, küçələrdə, yaşayış binalarının məhəllərlərində, metro stansiyalarının giriş-çıxışlarında olaraq seçicilərlə söhbət aparıb, onlara Bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin seçki proqramını, seçkiqabağı platformasını əks etdirən bukletləri və digər təbliğat-təşviqat materiallarını paylayıb. Həmçinin seçicilərə son illərdə respublikamızda və Binəqədi rayonunda görülən işlərdən, həyata keçirilən islahatlardan bəhs ediblər.
Aksiyaya qoşulan gənclər seçicilər tərəfindən səmimiyyətlə qarşılanıb, onlar bukletlər və digər təbliğat-təşviqat materialları ilə yaxından tanış olublar. Gənclər seçiciləri bu ilin 23 dekabrında keçiriləcək V çağırış Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar. Seçicilər öz növbəsində dövlət başçısı cənab İlham Əliyevin ölkəmizin daha da qüdrətlənməsi istiqamətindəki siyasətini dəstəklədiklərini və qarşıdan gələn Bələdiyyə seçkilərində məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Aksiya xoş təəssüratlarla başa çatıb.