Dağıstanın nümayəndə heyəti Bakıdakı Rus evində olub

Tarix: 18.03.2023

Martın 16-da Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti Bakıdakı Rus evində olub.

Bakıdakı Rus evinin mətbuat xidmətindən  nümayəndə heyətinin tərkibinə Xalq Məclisi sədrinin müavini Kamil Davdiyev, parlamentin Təhsil və elm komitəsinin sədri Yelena Pavlyuçenko, Mədəniyyət, gənclərlə iş, idman və turizm komitəsinin sədri Murat Payzulayev, Dağıstan Respublikasının mədəniyyət naziri Zarema Butayeva da daxildirlər.

Səfər çərçivəsində Dağıstanın Xalq şairi Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş foto-ədəbi sərginin açılışı olub. Sərgidə 50 tamformatlı fotoşəkil və 10-dan çox şeir təqdim edilib. Konsepsiyaya əsasən, sərgi Rəsul Həmzətovun həyat və yaradıcılığına bir səyahətdir. Burada nümayiş etdirilən şairin hər bir poetik kəlamı ölkə ədəbiyyatının tarixinə həkk olunub. Öz aulu və planetin şairi, Dağıstanı bütün dünyada tanıdan ədib dünyanın bir çox guşələrində olub, bununla belə, dağların həqiqi oğlu olaraq qalıb.

Sərginin ekspozisiyasına Azərbaycan dilində “Durnalar”, “Mənim dostum”, “Mən Səməd Vurğunun evinə daxil olanda”, rus dilində “Bakı” şeirləri daxildir. Fotoekspozisiya Rəsul Həmzətovun həyatının ən müxtəlif və əlamətdar hadisələrini - gənclik illərini, ailəsini, sovet yazıçıları ilə görüşlərini, son illərini əks etdirir. Sərgi layihəsi, həmçinin Rəsul Həmzətovun Azərbaycanla dostluğu və əməkdaşlığından bəhs edən fotoşəkilləri ehtiva edir.

Sərginin açılışında Rus evinin rəhbəri İrek Zinnurov, Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderov, Dağıstan Respublikasının mədəniyyət naziri Zarema Butayeva, A.Taxo-Qodi adına Dağıstan Milli Muzeyinin baş direktorunun müavini Cəmilə Daqirova iştirak ediblər.


https://azertag.az/xeber/Dagistanin_numayende_heyeti_Bakidaki_Rus_evinde_olub-2537825