Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

Tarix: 19.03.2024

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.

“Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq. Abonentlərdən xahiş olunur ki, içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər”, - deyə agentliyin yaydığı məlumatda bildirilir.