Əvəz Ələkbərov: Bütün sahələrdə Azərbaycan daha güclüdür

Tarix: 14.10.2020


Azərbaycan Respublikası dünyada öz imici ilə tanınır. BMT-də, ATƏT-də, Avropa İttifaqında, digər beynəlxalq təşkilatlarda çoxsaylı tədbirlərə ev sahibliyi edir. İqtisadi gücünə görə dünyada 60-lığa, hərbi gücünə görə isə 50-likdə özünə yer alır. İnvestisiya mühitinə və islahatlara görə daha qabaq yerlərdən birini tutur. Demoqrafiq situasiya çox yaxşıdır, əhalisi 10 milyon nəfərdən çoxdur. Transmilli layihələrin müəllifidir.

AZƏRTAC eks maliyyə naziri, BMT-nin Sülh səfiri, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, İqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov şərhini təqdim edir.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühim yer tutur. Ümumi daxili məhsulun və dövlət büdcəsinin həcminə görə Ermənistandan 4-5 dəfə üstündür. Azərbaycan perspektivli və modern ölkə imici qazanıb, Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Böyük İpək Yolu məhz Azərbaycandan keçir. Ölkəmizin valyuta ehtiyatları Ermənistandan 25–30 dəfə çoxdur. Bütün qonşu dövlətlərlə sivil, normal ikitərəfli əlaqələrimiz var. Prezident İlham Əliyev dediyi kimi, heç bir qonşu dövlətin torpağına göz dikməmişik.

Çox millətli ölkəmiz var, bütün dinlərə və dillərə hörmət və ehtiramla yanaşırıq. Dünyada 60 milyona yaxın həmvətənlərimiz var. Normal diaspor dünyada fəaliyyət göstərir. Üzdəniraq qonşumuz isə iqtisadi inkişafa və hərbi ehtiyatlara görə qat-qat geridədir. Ermənistanın dövlət borcu 2 illik dövlət büdcəsi qədərdir, tam xaricdən asılıdır. Siyasətini iri dövlətlərə yaltaqlanmağa və diaspordan bəhrələnməyə yönəldib. Uşaq doğumu 1957–ci il səviyyəsindədir. Hər ilə doğum 1-1,2 faiz azalır, ölüm 1,5-2 faiz artır, demoqrafik böhran hök sürür. Son 10 ildə əhalisi 100 min nəfərdən çox azalıb.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Ermənistanla bağlı müsbət gələcək deyə bilmir. Xaricdən pulsuz silahlar alıb müharibə edir. Heç kim onlardan soruşmur ki, ölkə bu vəziyyətdə ikən qonşunun torpağını neynirsən? Livan və Suriya ermənilərini yerləşdirmək üçün? Ermənistan rəhbərliyi nə vaxt ağıllanacaq? Əgər onlar işğal altında olan torpaqlarımızdan çıxsalar Dağlıq Qarabağda yaşayış indikindən qat-qat yaxşı olar. Ermənistan da iqtisadi blokadadan çıxar, xalq daha yaxşı dolanar, kasıblıq 30-40 faizdən 5-10 faizə qədər azala bilər. Ölkə xarici borclarını qaytara bilər. Ermənilər nə qədər dözmək istəyirlər rəhbərliyinin yarıtmaz və ölkələrini faciəyə aparan siyasətinə?