Formula 1 Azərbaycan Qran-Prisinin builki şüarı: “F-1 qayıdır: trekə və tribunaya!”

Tarix: 20.04.2022

İyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi bu il həm trekdə, həm də tribunada öz azarkeşlərinə unudulmaz həyəcan yaşadacaq.

İki il davam edən pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, növbəti il isə tamaşaçısız keçirilən Formula 1 yarışları bu mövsüm yenidən öz tamaşaçıları ilə görüşəcək.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə sayca altıncı dəfə təşkil olunan yarışın builki şüarı “F-1 qayıdır: trekə və tribunaya!” olaraq müəyyənləşdirilib.

İyunun 10-dan 3 gün ərzində Formula 1 pilotları paytaxt küçələrini möhtəşəm rəqabət və inanılmaz sürətlə ram edəcəklər.

Bakı Şəhər Halqası Formula 1 pilotları və həvəskarlarını tezliklə ölkəmizdə qarşılamağa səbirsizləndiyini çatdırır.

Formula 1 Azərbaycan Qran-Prisi mövsümün ən parlaq vizuallarını təqdim edir. İlk dəfədir ki, onların Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə, daha vətənpərvər ruhda simvolizə olunub.