Futbol üzrə İtaliya çempionatının 2021-2022-ci il mövsümünün təqvimi açıqlanıb

Tarix: 16.07.2021


Futbol üzrə İtaliya çempionatının 2021-2022-ci il mövsümünün başlayacağı tarix açıqlanıb.

AZƏRTAC İtaliya Futbol Federasiyasının rəsmi səhifəsinə istinadla xəbər verir ki, yeni mövsüm avqustun 20-də start götürəcək. Çempionata 2022-ci il mayın 22-də yekun vurulması nəzərdə tutulub.

Təqvimə əsasən birinci turun mərkəzi qarşılaşması sentyabrın 18-də “Yuventus” və “Milan” komandaları arasında oynanılacaq. Yeni mövsümün 9-cu turunda (23-24 oktyabr) “İnter” və “Yuventus” arasında prinsipial oyun baş tutacaq. Milan derbisi (“Milan” – “İnter”) isə noyabrın 7-də təşkil olunacaq.

Birinci turun ilk oyunları aşağıdakılardır:

“Bolonya” – “Salernitana”;

“Kalyari” – “Spezia”;

“Empoli” – “Latsio”;

“Hellas Verona” – “Sassuolo”;

“İnter” – “Cenoa”;

“Napoli” – “Venesiya”;

“Roma” – “Fiorentina”;

“Sampdoriya” – “Milan”;

“Torino” – “Atalanta”;

“Udineze” – Yuventus”.