Hakimi vurmaq istəyən baş məşqçi futboldan uzaqlaşdırılıb

Tarix: 27.03.2024

AFFA İntizam Komitəsi U-13 Liqasında mübarizə aparan “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyevi cəzalandırıb.

milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis “Turan Tovuz” ilə görüşdə baş hakimi təhqir edib, şərəf və ləyaqətini alçaldıb, eləcə də onu vurmağa cəhd göstərib. Nəticədə görüş yarımçıq dayandırılıb.

Bu davranışına görə E.Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 illik qadağa qoyulub, komandasına isə texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında çıxış edən “Mil” klubu isə növbəti 3 ev oyununu azarkeşsiz keçirəcək. Buna Beyləqan təmsilçisinin fanatlarının “Göyçay” komandası ilə matç bitdikdən sonra meydana daxil olaraq baş hakimi təhqir etmələri və vurmağa çalışmaları səbəb olub.