İsmayıllıda südlük istiqamətli heyvandarlığın inkişafı üzrə güzəştli kredit verilib

Tarix: 13.05.2024

İsmayıllıda südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə güzəştli kredit verilib.

Iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.

Nazir bildirib ki, sahibkar Müşfiq Həsənov südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə güzəştli kreditdən yararlanıb: “Sahibkarlığın İnkişafı Fondundan 150 min manat güzəştli kredit ayrılan layihə İsmayıllıda icra olunacaq”.