Milli Məclisin deputatı Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib

Tarix: 15.04.2021


12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonun Xocəsən bələdiyyəsinin inzibati binasında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşların qəbulunu keçirib.

Deputat fərdi qaydada seçiciləri qəbul etmiş, onların problemlərini dinləmişdir. Keçirilən qəbulda iştirak edən vətəndaşlardan Adıgözəl Qənbərov, Ağayar Məmmədov, Dilqəm Əmirov, Mirvari Nadirova, Almas Şərifova və  Rəiyyət Məmmədova əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının, Bakı-Astara magistral yolunda quraşdırılmış elektrik dirəklərində lampaların quraşdırılması və yolun işiqlandırılmasının, yeni qəbirstanlığın salınması üçün müvafiq ərazi ayrılmasının, qəsəbədə münasib yerdə “Beynəlxalq ” bankın yeni bankomatının yerləşdirilməsinin, fərdi evlərin sənədləşdirilməsinin əhalinin məşğullu üçün yeni iş yerlərinin yaradılmasının, mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının, maliyyə, bank, hüquq, sosial təminat və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Binəqədi rayon  Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak etmişlər.

Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və  onların qəbul edilməsi deputat Səbinə Xasayevanın  əsas fəaliyyət istiqamətlərindən biridir.