Müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin vəfatından 18 il ötür

Tarix: 13.12.2021


Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkikatının sədri Vüsar İsmayılov, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanları məsul əməkdaşları, idarə və təşkilatların kollektivləri ulu öndər Heydər Əliyevi dərin ehtiramla yad edərək Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin hörmət ifadə ediblər.