Nazir: Azərbaycanın İstanbuldakı baş konsulluğunda yaxın gələcəkdə ticarət nümayəndəliyi yaradılacaq

Tarix: 19.02.2021


Azərbaycanın İstanbuldakı baş konsulluğunda yaxın gələcəkdə ticarət nümayəndəliyi yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu, Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.