Nazirlər Kabinetində "Avro-2020"nin oyunlarına hazırlıq işləri müzakirə olunub

Tarix: 10.06.2021


Futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçiriləcək dörd oyununun təşkili ilə bağlı iyunun 9-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə videokonfrans formatında müşavirə keçirilib.

Nazirlik Kabinetindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə hazırlıq işlərinə dair məruzələr edilib və müvafiq tapşırıqlar verilib.