Roman Naudinş: Latviya ilə Azərbaycan arasında münasibətlərin dinamik inkişaf etməsini istəyirik

Tarix: 09.06.2021


Bakıda olmağımızdan çox şadıq. Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupu olaraq, ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişaf etməsini istəyirik.

Bunu AZƏRTAC-a müsahibəsində Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş bildirib.

Roman Naudinş deyib: “Bizim iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, idman və digər sahələrdə əlaqələrimizi inkişaf etdirmək üçün çox böyük imkanlarımız var. Əsas məqsədlərimizdən biri Latviya və Azərbaycanın iş adamları arasında biznes forumun keçirilməsi üçün platforma hazırlamaqdır. Ümid edirəm ki, COVID-19-la bağlı vəziyyət sabitləşərsə, bu ilin sonunda biznes forum təşkil edə bilərik. Bu, ölkələrimiz arasında ticarət əlaqələrinin daha da inkişafına kömək edə bilər”.