Səkkiz ayda avtomobil benzininin istehsalı 7 faiz artıb

Tarix: 27.08.2019
Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 748,9 milyon manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azalıb. Neft məhsullarından avtomobil benzininin istehsalı 7 faiz, neft koksunun istehsalı 13,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 3,8 faiz, neft bitumunun istehsalı 16,1 faiz, sürtkü yağlarının istehsalı isə 3 dəfə artıb. Hesabat dövründə dizel yanacağının istehsalı 18,5 faiz, yanacaq mazutunun istehsalı 39,5 faiz, ağ neftin istehsalı isə 5,9 faiz azalıb. AzərTac İnformasiya Agentliyi (http://azertag.az/)