Sərbəst güləş üzrə məşqçilərin iclası keçirilib

Tarix: 19.04.2022

Aprelin 19-da güləş üzrə U-17 Azərbaycan çempionatına start veriləcək. Yarışın ilk günündə 45, 51, 60, 71, 92, ikinci günündə isə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində yer alan sərbəst güləşçilər mübarizə aparacaqlar.

AZƏRTAC xəbər verir ki, çempionatın keçiriləcəyi FHN İdman Sağlamlıq Mərkəzində sərbəst güləş üzrə məşqçilərin iştirakı ilə iclas keçirilib.

Tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, eləcə də Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Yaşar Rzayev çıxış edərək yarışla bağlı fikir və tövsiyələrini çatdırıblar. Öz növbəsində məşqçilər müəyyən məsələlərlə bağı təkliflərini səsləndiriblər.

İclas başa çatdıqdan sonra sərbəst güləş üzrə yarışlarım püşkatma mərasimi keçirilib.