Tesla insanabənzər robot hazırlayır

Tarix: 24.08.2021


“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask yaxın günlərdə insanabənzər robotun hazırlanacağı barədə elan edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, humanoid robotun ilk prototipi 2022-ci ildə təqdim olunacaq.İlon Maskın sözlərinə görə, Tesla Bot-un boyu 172 santimetr, çəkisi 57 kiloqram olacaq. Onun üzünü ekran əvəzləyəcək, qolları və ayaqları 40 servonaqillə idarə olunacaq.