Toğrul Əsgərov: İnanıram ki, bu il də idmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr qazanacaqlar

Tarix: 05.03.2024


“Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdən Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət ayrılıb və hər zaman gənc nəslin fiziki, əqli cəhətdən sağlam böyüməsinə qayğı ilə yanaşılıb”.

Olimpiya çempionu Toğrul Əsgərov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bağlı danışarkən deyib.

O, Prezident İlham Əliyevin rəhbərliyi dövründə də ölkədə idmanının inkişafının uğurla davam etdiyini deyib: “Bütün Azərbaycan xalqını, eləcə də idmançılarımızı təbrik edirəm. Ölkəmiz qədim idman ənənələri ilə seçilir. Hazırda bu sahə yüksək səviyyədə inkişaf edir. Dövlətin idmana qayğısı böyükdür. Artıq Bakı ilə yanaşı, ətraf ərazilərdə və bölgələrdə idman kompleksləri tikilib. İnanıram ki, bu il də idmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr qazanacaqlar”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.