Tümendə Fərman Salmanova həsr olunmuş rəsm sərgisi açılıb

Tarix: 19.04.2022

Rusiyanın Tümen şəhərində məşhur Azərbaycan və Rusiya geoloqu Fərman Salmanova həsr olunmuş rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Tümen Uşaq və Yeniyetmələrə Dəstək Fondunun təşkil etdikləri “Qara qızıl” sərgisində uşaqların yüzdən çox rəsmi nümayiş olunur.

Təşkilatçılar ən yaxşı rəsmlərin müəlliflərinə diplomlar təqdim ediblər.

Açılış mərasiminin sonunda Fərman Salmanova həsr edilmiş sənədli film göstərilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva