Türkiyənin Müdafiə Nazirliyi: Xocalı qırğını ürəkləri ağrıdan vəhşilikdir

Tarix: 26.02.2024


Türkiyənin Müdafiə Nazirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.

Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkələrdə paylaşdığı məlumatda deyilir: “Xocalı qırğını ürəkləri ağrıdan vəhşilikdir. Otuz iki il əvvəl Xocalıda vəhşicəsində qətlə yetirilmiş qardaşlarımızın xatirəsini ehtiramla anırıq. Bütün Azərbaycan xalqının kədərini bölüşürük”.

Nazirliyin məlumatına erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən infoqrafika da əlavə olunub.