UEFA Konfrans Liqası: “Gent” klubu dörddəbir finala yüksəlib

Tarix: 16.03.2023

UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinin cavab matçlarına start verilib.

İlk oyun günündə bir qarşılaşma keçirilib.

“Başakşehir” klubu İstanbulda Belçikanın “Gent” komandasını qəbul edib. Görüş Belçika təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. İki görüşün nəticəsinə görə, “Gent” turnirin dörddəbir final mərhələsinə yüksəlib.

“Gent” turnirin pley-off mərhələsində Ağdamın "Qarabağ" klubunu mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu mərhələnin digər oyunları martın 16-da keçiriləcək.

 


https://azertag.az/xeber/UEFA_Konfrans_Liqasi_Gent_klubu_dorddebir_finala_yukselib-2534267