YAP Binəqədi rayon təşkilatı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə bayram tədbiri keçirib

Tarix: 01.06.2024



Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, rayon təşkilatının kollektivi və şəhid ailələri iştirak ediblər. Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi Zəfərdən danışılıb, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.
Tədbir zamanı şəhid övladları müxtəlif əyləncəli atraksionlardan istifadə edərək əyləniblər, idman yarışlarında və oyunlarında iştirak ediblər, birgə şeirlər və mahnılar səsləndiriblər.
Sonda açıq havada piknik təşkil edilib və xatirə şəkili çəkilib.
Şəhid ailələri onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.