YAP Binəqədi rayon təşkilatında ölkə Prezidentinin BDU-nun 100 illik yubiley mərasimindəki çıxışında gənclərə ünvanlanan məsələlərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib

Tarix: 05.12.2019


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında ölkə Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı gənclərə ünvanlanan məsələlərlə bağlı qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə millət vəkili, YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının Ramiz Göyüşov, partiyanın gənc fəalları iştirak etdilər.

Tədbir dövlət başçısı cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışından bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlandı.

Daha sonra tədbirdə giriş nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının Ramiz Göyüşov bütün qonaqları və gəncləri salamladı. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə əldə edilən mühüm uğurlardan biri kimi ölkəmizin təhsil sisteminin inkişafına mühüm töhfələr vermiş BDU-nun yaradılması olduğunu söylədi. Dövlət başçısı cənab İlham Əliyevin çıxışına diqqət yönəldərək gənclər qarşısında qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşdü. Ramiz Göyüşovun sözlərinə görə 1990-cı illərin əvvəlində yenicə müstəqillik qazanmış ölkəmiz ciddi problemlərlə, xaosla, vətəndaş müharibəsi ilə üzləşmişdi. O zamankı yarıtmaz siyasi rəhbərlər dövlətimizin təhlükəsizliyinə yaradılan təhdidlərdən nəticə çıxarmaq əvəzinə qaçıb xarici ölkələrə sığınmışdılar. Belə bir vaxtda xalq bütün ümidini və gələcəyini məhz ulu öndər Heydər Əliyevə etibar edərək dahi şəxsiyyəti Bakıya vəzifəyə dəvət edirdilər. Nəhayət 1993-cu ilin oktyabr ayında xalqın yüksək səs çoxluğu ilə ölkə Prezidenti seçilən Heydər Əliyev uğurlu xarici və daxili siyasətlə, dərin islahatlarla dövlətimizin və xalqımızın əmin-amanlığını, inkişafını təmin edə bildi. Dövlət başçısı cənab İlham Əliyev 100 illik yubiley mərasimində məhz bu məsələlərə toxunaraq bütün gəncləri ayıq-sayıq olmağa, tariximizi daha yaxşı oxumağa, təhlil etməyə səslədi. Qeyd etdi ki, gənclərimiz öz tariximizi unutmamalıdır. Bu gün ölkəmiz inkişaf edir, xalqımız sülh şəraitində yaşayır. Təəssüflər olsun ki, ölkəmizin müstəqilliyini və inkişafını gözü götürməyən, ona təhdidlər yağdırmağa çalışan xarici qüvvələr var. Bir qrup radikal müxalifət nümayəndələri onların əlində oyuncağa çevrilərək ölkəmizdə ictimai-siyasi sabitliyə və xalqın maraqlarına xələl gətirməyə səy göstərirlər. Gənclərimz bu cür qüvvələrin yalanlarına inanmalı, vətənimizi qorumalıdırlar.

Millət vəkili Kamaləddin Qafarov nitqində ölkə Prezidenti cənab İlham Əliyevin yubiley mərasimindəki çıxışı zamanı səsləndirilən olduqca mühüm fikirlərə diqqət yönəltdi, onları gənclərin nəzərinə çatdırdı. Tarixin bütün dövrlərində xalqımız xəyanətə uğrayıb, ciddi sınaqlarla üz-üzə qalıb. Çox təəssüflər olsun ki, bu xəyanətləri təkcə ölkəmizi istəməyən xarici qüvvələr deyil, həmçinin Azərbaycanda hakimiyyətdə olan səriştəsiz hakimiyyət nümayəndələri edib. Xalqımız, gənclərimiz o insanlara qarşı öz mövqeyini daim ortaya qoyub, bundan sonra da qoymalıdır. Bu gün ölkəmizin müstəqil, azad və firavan şəraitini pozmağa heç bir qüvvəyə imkan verilməməlidir. Bəzi xarici ölkələr Azərbaycanı öz tabelçiliyinə, öz təsiri altına almaq istəyir. Lakin dövlət başçısının qətiyyəti və uğurlu xarici siyasəti qarşısında aciz vəziyyətə düşürlər. Məhz bu baxımdan ölkəmizə müxtəlif qarayaxmalar edərək, ciddi problemlər yaratmağa, parçalamağa, bölməyə cəhd göstərirlər. Ölkəmizdəki xalq-iqtidar birliyi buna əsl əngəl olur. Bu gün özünü inkşaf etmiş, dünyada demokratiyanın beşiyi adlandıran bəzi ölkələr müsəlman ölkələrinə demokratiya adı altında bəla gətirib. Həmin xalqlar və ölkələr hələ də düşdükləri vəziyyətdə yaxa qurtara bilmirlər. Ona görə xalqımız, xüsusilə ilə gənclərimiz bu provaksiyalara uymamalı, onları pis yola çəkməyə çalışan xarici və yerli qüvvələrə qarşı mübariz olmalıdırlar.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının gənc fəalı, Bakı Dövlət Universitetinin tələbəsi, BDU-nun 100 illik yubiley mərasiminin iştirakçısı Nəzrin İmanova çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının dövlətçilik naminə atdığı hər bir addımını, səmərəli fəaliyyətini dəstəkləyir, onun bütün uğurlarına sevinir. Yubiley tədbirində ölkə Prezidentinin universitetin yarandığı dövrdən bugünə qədər keçdiyi çətin və şərəfli yoldan, nəinki ölkəmizin, həmçinin universitetin inkişafı naminə bu yolda silinməz iz qoyan ulu öndər Heydər Əliyevin dəstəyindən söz açdığını, tariximizlə bağlı bir çox maraqlı faktları xatırlatdığını, tələbələrə öz tövsiyələrini verdiyini diqqətə çatdırdı.

YAP Binəqədi rayon təşkilatının gənc fəalı, Bakı Dövlət Universitetinin tələbəsi, BDU-nun 100 illik yubiley mərasiminin iştirakçısı Zəhra Əliyeva çıxış edərək tədbirlə bağlı təəssüratlarını bölüşdü. Tədbirin təşkilatçılığında könüllü kimi iştirak etdiyini və ölkəmizin ən qabaqcıl ali təhsil müəssisəsi olan BDU-nun tələbəsi olmaqdan qürur duyduğunu söylədi. Dövlət başçısı cənab İlham Əliyevin mərasimdəki çıxışının onda xoş təəssüratlar yaratdığını və həmin çıxışda səsləndirilən hər bir fikirin gənclər tərəfindən dərindən öyrənilməsinin və dərk edilməsinin vacibliyini qeyd etdi.