Dekabrın 29-da Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiyanın veteran üzvlərindən Füzuli İsmayılzadənin 80 illik yubileyi qeyd edilib.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov anadan olmasının 85 illik yubileyini qeyd etdiyimiz Füzuli İsmayılzadə haqqında xatirələrini bölüşərək bildirib ki, o, bir müddət rayon təşkilatına sədrlik edib və partiyanın veteran üzvlərindən biri kimi rayon təşkilatının fəaliyyətində, tədbirlərində, həmçinin rayonun ictimai-siyasi, mədəni həyatında hər zaman yüksək fəallıqla iştirak edib. Füzuli İsmayılzadə 2005-2007-ci illərdə YAP Binəqədi rayon təşkilatına sədrlik edib. 17 il ərzində Binəqədi rayonu 248 nömrəli orta məktəbdə direktor, 2000-2003 illərdə dairə seçki komissiyasının sədri olub, 2011-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. Rayon təşkilatının sədri daha sonra yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər, fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra təbrik qoşulan YAP Binəqədi rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, fəalları Füzuli İsmayılzadəni təbrik edərək ona xoş və firavan günlər arzu ediblər.
Görüşün sonunda çıxış edən yubilyar göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən regionun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu söyləyib.
Görüşün sonunda Füzuli İsmayılzadə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 80 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib, ona xatirə hədiyyəsi təqdim olunub.