YAP Binəqədi rayon təşkilatında partiyanın veteran üzvü Hüseyn Əsgərovun 65 illik yubileyi münasibətilə görüş keçirildi

Tarix: 17.10.2023


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiyanın veteran üzvlərindən olan Hüseyn Əsgərovun 65 illik yubileyi münasibətilə görüş keçirildi.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 65 illik yubileyini qeyd etdiyimiz Hüseyn Əsgərov haqqında xatirələrini bölüşdü. Qeyd etdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov təhsil sahəsinin inkişafına və peşəkar kadrların hazırlanmasına göstərdiyi töhfələrlə yanaşı, ölkənin ictimai həyatında da fəal iştirak edir. O, 2014-cü ildən Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə Bakı şəhərinin ümumtəhsil məktəblərində keçirilən “Heydər Əliyev dərsləri”nin təşkili və keçirilməsinə həm rəhbərlik edir, həm də mühazirələr oxuyur. 2017-2021-ci illərdə YAP Binəqədi Rayon Təşkilatının sədr müavini olmuşdur, hazırda Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədr müavinidir. Hüseyn Əsgərov rayon təşkilatının veteran üzvü kimi təşkilat tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edərək, təşəbbüskarlıq nümayiş etdirir. Onun ictimai fəaliyyəti gənclərimiz üçün örnəkdir.
Rayon təşkilatının sədri səmərəli fəaliyyəti və zəngin həyat yolu ilə fərqlənən Hüseyn Əsgərovu təbrik edib, ona möhkəm cansağlığı və daha böyük uğurlar arzuladı.
Görüşün sonunda çıxış edən Hüseyn Əsgərov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu söylədi.
Görüşdə iştirak edən Binəqədi rayon orta ümumtəhsil məktəblərinin direktorları da çıxış edərək Hüseyn Əsgərovu təbrik etdilər, ən xoş arzularını bildirdilər.
Görüşün sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edildi, hədiyyə təqdim edildi, görüş çay süfrəsi ətrafında davam etdirildi.