YAP Binəqədi rayon təşkilatında təhsil sahəsində çalışan ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirildi

Tarix: 08.10.2021


07 oktyabr 2021-ci il tarixindən YAP Binəqədi rayon təşkilatında təhsil sahəsində çalışan ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirildi. Görüşü giriş nitqi ilə açan rayon təşkilatının sədri Vüsar İsmayılov bütün qonaqları salamladı və bütün təhsil işçilərini Müəllimlər Günü münasibətilə bir daha təbrik etdi. Bu ilin mart ayının 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı, yeni qəbul edilmiş Nizamnaməsi, partiyanın və rayon təşkilatlarının strukturu haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu gün ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni və s. sahələrində qazandığı uğurlarda Yeni Azərbaycan Partiyası da böyük rol oynayır. Çünki ölkə prezidenti, partiyamızın sədri İlham Əliyev əsl mütərəqqi ideyalara malik bir liderdir. O, dövlətimizin gələcək tərəqqisini təmin edəcək islahatları həyata keçirməklə yanaşı, partiyanın gələcək inkişafında və ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynaması üçün məqsədyönlü, uzunmüddətli hədəflərə imza atır. Dövlət başçısının bu siyasəti ölkəmizə rəhbərlik etdiyi 17 ərzində gördüyü işlərdə özünü bariz şəkildə büruzə verir. Xüsusi vurğulamaq lazımdır ki, məhz dövlət başçısının Ali Baş Komandan kimi rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı zəfər əldə olunan və olunacaq zəfərlərin ən təntənəlisi idi. Vüsar İsmayılovun sözlərinə görə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə qazilərimizə yüksək diqqət və qayğı göstərilir. O, həmçinin vurğuladı ki, ölkəmizi və partiyamızı gələcəkdə daha uğurlu və perspektivli işlər gözləyir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işləri sürətlə gedir. Hərbi potensialımız artırılır, müdafiə sənayesi sahəsində yeniliklərə nail oluruq. Təbii ki, bütün bunlar dövlətçiliyimizin inkişafını və təhlükəsizliyini təmin edən əsas məsələlərdəndir.

Görüşdə daha sonra rayon təşkilatının fəaliyyəti ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, ərazi partiya təşkilatlarının sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verildi. Görüşdə çıxış edən təşkilat sədrləri onlara göstərilən etimadı doğruldacaqlarını, verilən tapşırıq və tövsiyyələri məsuliyyətlə yerinə yetirəcəklərini bildirdilər.