YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, S.S.Axundov 72 c ünvanlı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

Tarix: 08.12.2021


07 dekabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, S.S.Axundov 72 c ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

Yığıncağın gündəliyində iki məsələ - ərazi ilk  partiya təşkilatının  VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə hesabatı, ərazi partiya təşkilatının sədrinin və sədr müavininin seçilməsi məsələləri geniş müzakirə olundu.

Yığıncağın gündəliyində olan birinci məsələ ilə bağlı hesabat məruzəsini təqdim edən ərazi partiya təşkilatının sədri, Qida Təhlükəsizliyi İnstitutunun böyük hüquqşünası Aqil Sərdarov VI Qurultaydan ötən müddət ərzində ərazi partiya təşkilatının fəaliyyətindən və keçirilən tədbirlərdən bəhs etdi.

Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar başlandı. Ərazi partiya təşkilatının üzvləri Xumar Məmmədbağırova və Arif Əliyev çıxış edərək hesabat məruzəsi ilə bağlı fikirlərini bildirdilər.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edildi, partiya üzvləri ərazi partiya təşkilatının VI qurultaydan ötən müddət ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdilər.

Yığıncağın gedişatında təşkilatı məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Aqil Sərdarov ərazi ilk partiya təşkilatının sədri, Arif Əliyev isə sədr müavini seçildilər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildirdilər.

Hesabat-seçki yığıncağında yekun nitq söyləyən YAP Binəqədi rayon  təşkilatının sədri Vüsar İsmayılov partiya üzvlərini salamladı. Cari ilin mart ayının 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı, qurultayda qəbul edilmiş yeni Nizamnaməsi, partiyanın və rayon təşkilatlarının strukturu haqqında ətraflı məlumat verdi. Vüsar İsmayılov, həmçinin rayon təşkilatının fəaliyyətindən söhbət açdı, qarşıda duran vəzifələr haqqında fikirlərini bölüşdü. Ərazi partiya təşkilatına tapşırıq və tövsiyyələrini verdi.