Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirildi

Tarix: 19.10.2021



15 oktyabr 2021-ci il tarixdən başlayaraq Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Z. Bünyadov prospekti 73 ( 3 saylı tam orta məktəb), A. Gəraybəуli küçəsi 73(102 saylı tam orta məktəb), 8-ci mikrorayon, İ.Dadaşov küçəsi 79(135 saylı tam orta məktəb), 7-ci mikrorayon, S.S.Axundov küçəsi 24 (244 saylı tam orta məktəb) ünvanlı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirildi.
Yığıncağı giriş sözü ilə açan ərazi partiya təşkilatlarının sədrləri gündəlikdə duran məsələlər barədə məlumat verdilər və ərazi partiya təşkilatlarının 2020-ci ildə gördüyü işlərin hesabatı dinlənildi. Bu yığıncaqlarda təşkilat sədrlərinin hesabat məruzləri dinlənilməklə yanaşı, bir sıra təşkilati məsələlərə də baxıldı.